Tərtərdə idmanın müxtəlif növləri üzrə yarış keçirildi - VİDEO



 21:22 29.05.2023     309

İdmanın müxtəlif növləri üzrə yarış təşkil edilib.

K.M Müdafiə Nazirliyi və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi idman tədbirində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə iştirak edənlər Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində rayonun sosial-iqtisadi inkişafından, dövlətçiliyimizin qorunub saxlanması istiqamətində göstərdiyi siyasi fəaliyyətdən danışıldı. Ulu Öndərin Vətən və millət üçün gördüyü genişmiqyaslı işlər, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı müstəsna xidmətlərindən bəhs edildi. Sonra yarışlar start götürdü. Xatirə turnirində 100-ə yaxın idmançı qalib adı uğrunda mübarizə apardı. Turnirdə idmançılar güləşin sərbəst, Yunan-Roma və cüdo növləri üzrə müxtəlif çəki dərəcələrində mübarizə apardılar. Yarışda yüksək yer tutan hərbçilər mükafatlandırıldı. Qaliblərə Tərtər Rayon İcra Hakimiyyəti və N saylı hərbi hissənin fəxri fərmanları təqdim olundu.