Dövlət büdcəsinin icrası haqqında layihə ilk oxunuşda qəbul edildi



 13:42 31.05.2023     383

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub.

Sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər.

Sonda sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.//Report.az