Hər kəsin bunu bilməsi vacibdir - VİDEO
Son dövrlərdə Azərbaycanda qəfildən ürək dayanmalarının sayı həddindən çox artıb.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, dünya statistikasına görə Azərbaycan qəfil ürək dayanmaları nəticəsində yaranan ölümlərə görə 2-ci yerdə dayanır. İmişli rayon Mərkəzi Xəstəxanasının həkimi Könül Əliyeva deyir ki, tibb və qeyri-tibb sahəsində olan insanlar bu kurslardan çox şey öyrənə bilər. Tibb işçiləri klinik və kritik vəziyyətlərdə ürək və nəfəs dayanmalarına qarşı ilkin müdaxiləni düzgün şəkildə icra etməlidirlər. İmişli Mərkəzi Rayon xəstəxanasının həkim və orta tibb işçilərinə məhz bu qaydalar izah olunur. İlkin təcili yardımın göstərilməsi zamanı həyati təhlükələri minimuma endirmək, insanların həyatını xilas etmək üçün hansı addımların atılacağını təlimçi əyani olaraq nümayiş etdirir. İlkin tibbi yardım nəinki xəstəxana şəraitində həmçinin fövqəladə vəziyyət və digər hansısa hadisələr zamanı çöl mühitində də aparıla bilər.
Bu zaman da insanların həyatını xilas etmək üçün ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə ətraflı bilgiyə sahib olmaq lazımdır. Xəstəxananın tibb işçiləri deyir ki, təlim onlara bu sahədə lazım olan bir çox bilgiləri verdi.