Uşaqlar vəzifələrinin icrasına başladı. - VİDEO



 19:15 01.06.2023     406

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra etmək bir günlük İbrahim Həsənliyə tapşırılıb.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, İbrahim Həsənli gün ərzində vəzifəsinin öhdəsindən layiqincə gələcəyini və regional idarəyə rəhbərliyi lazımi səviyyədə həyata keçirəcəyini deyir. Amma, bir günlük rəis çox həyəcanlıdır. Məlahət Quliyeva isə musiqi məktəbinin direktorudur.

Deyir ki, vəzifəsini düzgün şəkildə yerinə yetirmək ondan həm yüksək diqqət, həm də bu sahəni yaxşı öyrənməyi tələb edir. İdarə rəisi, şöbə müdiri, məktəb direktoru vəzifələri həvalə olunan uşaqlar onlara tapşırılan işi yüksək səviyyədə yerinə yetirməyə çalışdılar. Kürdəmir Regional Mədəniyyət İdarəsinin 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirdiyi maraqlı aksiya uşaqlarda idarəçilik funksiyalarını inkişaf etdirməyə yönəlmiş addımdır. Onlarda gələcəyə ümid, inam və ən əsası da özgüvəni formalaşdırmaqdan ibarətdir. 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının 1950-ci ildə qəbul etdiyi qərarla qeyd olunmağa başlayıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-nin “Uşaq hüquqları” haqqında Konvensiya” adlı sənədi uşaqların hansı dövlətdə yaşamasından asılı olmayaraq, onların hüquqlarını tam əhatə edir. Konvensiyaya qoşulan dövlətlər onun müddəaları ilə hüquqi nöqteyi-nəzərdən razılaşdıqlarını bəyan edir, yəni bu müddəalardakı göstərişlərin yerinə yetirilməsi öhdəliyini öz üzərlərinə götürürlər.