Sahil Babayev: Ciddi artımlara nail olmuşuq
Ölkəmizdə pandemiyanın təsirinin azalması fonunda ölüm sayının azalması müşahidə olunur.
Demedia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, müsbət demoqrafik dəyişiklik çərçivəsində anadan olan uşaqların sayının artması ilə bağlı uyğunlaşdırma aparılır.
"Sosial sahədə aparılan islahatların nəticəsi olaraq, ölkədə bu sahə durmadan inkişaf edir. Ümumilikdə isə 2019-cu ildən bəri diqqət yetirsək, görərik ki, cənab Prezidentin təsdiq etdiyi sənədlər fonunda minimum əmək haqqı 2,5 dəfə artıb. Ümumi göstəricilərlə MDB məkanında Azərbaycan alıcılıq qabiliyyətinə görə birinci yerdədir. Nominal statistikaya görə isə ikinci yerdəyik. Məşğulluğa nəzər salsaq görərik ki, ümumi dörd ay ərzində 18 min şəxs işlə təmin edilib. Son beş ildə isə 1 milyon vətəndaşımız müxtəlif məşğulluq proqramlarına cəlb olunub. Əmək müqavilələrinin bağlanmasında da ciddi artımlara nail olmuşuq. Belə ki, 450 mindən çox əmək müqaviləsinin bağlanmasına şahid olmuşuq”,- deyə nazir qeyd edib.