Şirvanda vətəndaşları aldadan dələduz saxlanıldı



 09:07 03.06.2023     424

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılıb.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, bir neçə rayon və şəhər sakinini aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə mənimsəyən Şirvan şəhər sakini Anar Əliyev paytaxt ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, Anar Əliyev 25 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməkliklər göstəriləcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 70000 manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb. Anar Əliyevin barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər Anar Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan şəhər polis şöbəsinə məlumat vermələri xahiş olunur.