Azərbaycanda investisiya şirkətlərinin işçilərinə qarşı tələblər sərtləşdirilir
Azərbaycanda investisiya şirkətinin və xarici investisiya şirkətinin filialının əsas və yardımçı investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bütün işçiləri ixtisas şəhadətnaməsinə malik olmalıdır.
Demedia.az xəbər verir ki, bu, "Qiymətli kağızlar haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələbləri Azərbaycan Mərkəzi Bankı müəyyən edir.