İmişli rayonunda iməcilik təşkil olundu



 18:14 05.06.2023     335

5 iyun-Dünya Ətraf Mühitin mühafizəsi günü ilə əlaqədar İmişli rayonunda iməclik təşkil olunub.

Demedia.az EL TV-yə istinadənə xəbər verir ki, Araz çayının İmişlidən keçən hissəsində tullantılar yığılaraq ətraf ərazilər təmizlənib.

Hər il bir deviz altında keçirilən Dünya Ətraf Mühitin Mühafizəsi gününün builki şüarı “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası” olub. Bu şüarla Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində təşkil olunan iməcliyə 400-dən çox insan qoşulub. Sahil boyunca çayın kənarlarındakı plastik əşyalar yığılıb. İməclik gün sonuna qədər davam edib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il iyunun 5-də Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olub. Problemin ciddiliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar həmi tarixin “Dünya ətraf mühitin mühafizəsi günü” kimi qeyd olunmasına qərar veriblər və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunur. Ənənə ölkəmizdə də davam etdirilir.