DİN intihar anonsu edən jurnalistlə bağlı AÇIQLAMA YAYDI
Telejurnalist Ceyhun Rzayevin intihar çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb. Jurnalist fikirindən daşındırılaraq polis orqanına dəvət edilib.
Onu narahat edən hallar (ailə məsələsi) araşdırılır.
Zəruri olan tədbirlərin görülməsi təmin ediləcək.