İşsiz vətəndaşlar üçün ayrılan vəsait artırılır



 13:33 06.06.2023     416

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır.

Demedia.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olaraq 5,0 milyon manat (2,4 faiz) artırılmaqla 217,7 milyon manat təşkil edəcək.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5,5 milyon manat və ya 9,8 faiz çoxdur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.