Ağaclarda mənənə və yastıca yayılıb
Beyləqanda mənənə və yastıca adlı həşəratlara qarşı kimyəvi mübarizə tədbirlərinə start verilib.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, əvvəlcə rayonda zərərverici həşəratların qarşısını almaq məqsədilə yaşıllıq ərazilərdə manitorinq aparılıb.
60 hektar ərazidə aparılan müşahidələr zamanı 40 hektar yaşıllıq sahəsində həşəratlar aşkarlanıb. Aşkarlanan yastıca və mənənələr bitki üçün təhlükəli hesab edildiyindən mübarizə tədbirlərinə başlanılıb. Beyləqan rayon Bitki Mühafizə və Zərərsizləşdirmə Mərkəzi ziyanvericilərin vaxtında məhv edilməsi və yaşıllıq sahələrə vuracağı ziyanı aradan qaldırmaq üçün çiləyici aqreqatlar vasitəsilə əraziləri dərmanlayır. Mərkəzdən verilən məlumata görə, mübarizə tədbirlərinin davamı olaraq digər ərazilərdə də monitoriqnlərin keçirilməsi və həşəratların aşkarlandığı yerlərdə dərmanlama işlərinin aparılması nəzərdə tutulur.