"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası şəffaflığın göstəricisidir - Deputat
"Azəriqaz" İstehsalat Birliyinin hər həftə təşkil etdiyi "Açıq mikrofon" aksiyasını çox müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu, çox müsbət bir tendensiyadır”.
Bu fikirləri Demedia.aza-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, əslində vətəndaşdan qorxmayan, vətəndaşla açıq təmasda onun problemlərini həll etmək istəyən qurum kimi "Azəriqaz" İB-nin bu təşəbbüsü müsbətdir və dəstəklənməlidir:
"Əlbəttə ki, bu da bir şəffaflığın göstəricisidir. Əgər hər hansı bir digər qurumlar da belə bir təşəbbüs göstərsə, elə bir problem qalmaz. Bu istiqamətdə ən azı vətəndaşın narahatçılığını ortadan qaldıra biləcək çox ciddi nailliyyətlər əldə etmək olar. Çünki hər bir sahədə narazılıq artdıqca, bu narazılıq dövlətə qarşı çevrilir. İnsanların bu qədər laqeyd qarşılamaq və onların probleminə diqqətsiz yanaşmaq olmaz!
Həm də qurumların borcudur ki, vətəndaşla daha çevik işləsinlər. "Azəriqaz" İB əslində onun bir nümunəsini ortaya qoyub. Zənnimcə, bunu digər qurumlar da davam etdirməlidir. Yəni, bu kampaniya xətrinə olmamalıdır. Qurumlar gerçək şəkildə vətəndaşla maraqlanmalıdırlar. Onların problemlərini həll etməyə çalışmalıdırlar".