Yevlax Pilot Aqroparkda ilk dəfə meyvə yığılır
Yevlax Pilot Aqroparkında ilk dəfə yğımına başlanılan ərik və şaftalı sahələrində yüksək məhsuldarlıq müşahidə edilir.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, 8 hektar sahədə ərik, 16 hektarda isə şaftalı yığımı aparılır. Məhsul həm toplanır, həm də qablaşdırılır. Meyvə bağlarında işlər sürətləndikcə yığım prosesinə cəlb olunan işçilərin sayı da artırılır. Pilot Aqroparkda rezident statusu alan sahibkarlar 130 hektaradan çox ərazidə əkin işləri həyata keçirir. Pilot layihə artıq özünü doğruldur da. İndi əsas hədəflərdən biri bu sahə ilə məşğul olan kiçik və orta sahibklarlıq subyektlərinin aqroparka cəlb olunmasına nail olmaqdır. 2 min 855 hektar ərazini əhatə edən aqroparkda ətlik istiqamətli heyvandarlıq kompleksinin yem təminatı zonası, şəkər çuğunduru, pivəlik arpa və pambıqçılıq sahəsi emal və sosial zona formlaşdırılacaq.