Yevlaxda voleybol üzrə rayon turnirinə start verildi



 21:01 08.06.2023     359

Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində idarə, müəssisə və təşkilatlar arasında voleybol idman növü üzrə rayon turnirinə start verilib.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra dövlət himnimiz səslənib. Yevlax şəhər gənclər və idman idarəsinin rəisi Rəşad Bəhmənli Ümummilli Lider Heydər Əliyevin qayğısı nəticəsində idman və bədən tərbiyəsinin inkişafının dövlət siyasətinin prioritet qollarından birinə çevrilməsindən və ölkə Prezidenti İlham Əliyevin bu ənənəni uğurla davam etdirməsindən danışıb. Sonra xatirə turniri start götürüb. İlk oyun günündə iki qarşılaşma baş tutub. Rəqiblərini məğlub edən “FHN” və “HƏRBİ POLİS” komandaları adlarını dörddəbir final mərhələsinə yazdırmağı bacarıblar. Bir həftə davam edəcək yarışların sonunda ilk üç yeri tutan komandalara medal, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.