Acun Ilıcalı daha bir futbol klubu aldı



 13:20 09.06.2023     273

 İngiltərənin “Hall Siti” klubunun sahibi olan türkiyəli iş adamı Acun Ilıcalı daha bir klub alıb. 

Demedia.az xəbər verir ki, o, İrlandiyanın “Şelbörn” klubunun səhmlərinin 80 faizinə sahib çıxıb. 

A.Ilıcalı bununla da Böyük Britaniyada iki klubun rəhbəri olub.