Bakı metrosu mayda 20 milyondan çox sərnişin daşıyıb



 17:00 09.06.2023     347

Bu ilin may ayında "Bakı Metropoliteni" QSC-dən 566 min 346 nəfəri ödənişsiz olmaqla, 20 milyon 48 min 294 nəfər sərnişin istifadə edib.

Demedia.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, ötən ay gün ərzində orta hesabla 646 min 719 nəfər sərnişinə xidmət göstərilib. Ən çox sərnişin mayın 1-də (779 min 124 nəfər), ən az sərnişin isə mayın 14-də (349 min 78 nəfər) daşınıb.

Koronavirus (COVID-19) pandemiyası elan edilənə qədər - 2019-cu ilin eyni dövrünə nəzərən 6,4 % az, ötən 2022-ci ilin may ayına nisbətən isə 10,7 % çox sərnişin metrodan istifadə edib.

2023-cü ilin 5 ayında isə metro 96 milyon 784 min 143 nəfər sərnişin daşıyıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,9 % az, 2022-ci ilin həmin dövrünə nisbətən isə 12,4 % çoxdur.