Bu gün bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq



 09:31 10.06.2023     302

Bu gün bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Demedia.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi dağlıq rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 500-700 m-dək məhdudlaşacağı ehtimal olunur.