Müdafiə naziri komanda-qərargah təliminin yekun iclasını keçirdi



 15:57 10.06.2023     519

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə təşkil edilən komanda-qərargah təliminin yekun iclası keçirilib.

Bu barədə Demedia.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.

Sonda döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.