BAMF-da İlham Tumasın “Gizli Cinayətlər” kitabının təqdimatı keçirildi - VİDEO/FOTO



 13:50 10.06.2023     309

İyunun 10-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində jurnalist, ssenari müəllifi, rejissor, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı İlham Tumasın Dövlət Təhlükəsizliyi Xidmətinin məxfi materialları əsasında “Gizli Cinayətlər” kitabının təqdimat mərasimi keçirilib.

Demedia.az xəbər verir ki, baş tutan tədbirdə BAMF-ın prezidenti Umud Mirzəyev, qazi, jurnalist Rey Kərimoğlu, Medianın İnkişafı Agentliyinin (MEDIA) şöbə müdiri, tarixçi, yazıçı-publisist Natiq Məmmədli, Azad Azərbaycan Teleradio Şirkətinin rəhbəri Azər Xəlilov, İlahiyyatçı-araşdırmaçı Elşad Miri, tanınmış jurnalist, pressklub.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlu və media nümayəndələri iştirak edib.

"Gizli cinayətlər" müəllifin sayca 4-cü kitabıdır. Kitabda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv materialları əsasında müxtəlif vaxtlarda və mövzularda aparılmış araşdırma yazılar yer alıb. Kitabdakı sənədlər və fotolar ilk dəfə oxuculara təqdim olunur. 

Araşdırmalar əsasında müəllifin aparıcılığı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətində "İstintaq davam edir" telelayihəsi çərçivəsində sənədli filmlər hazırlanıb, efirə gedib.

Tədbirdə qonaqlar təşkilatçılara və müəllifə təşəkkür edib, kitab haqda öz fikirlərini bildirdilər. Həmçinin, kitabın daha da çox oxuyucu əhatə etməsi ilə bağlı təkliflər irəli sürülüb.

Tədbirdə Umud Mirzəyev də çıxış edib, birgə əməkdaşlıqlarından bəhs edib: 

“Gəldiyiniz üçün təşəkkürlərimi bildirirəm. Burada olan insanların toplaşması mənim üçün çox qiymətlidir. İlham Tumasla ünsiyyətdə olmaq boşuna itməyən, faydalandığım zaman deməkdir. Biz hamımız onu çox istəyirik. Düşünürəm ki, bu cür materiallar tez-tez üzə çıxmalıdır. Hər kəs cəmiyyət üçün bacardığın etməlidi. Sizi çoxlu uğurlar gözləyir. “

Qeyd edək ki, Karyera və İşə Hazırlıq Mərkəzinin dəstəyi ilə nəşr olunan kitabın layihə rəhbəri Şahin Sərdarlıdır.

1
 

1
 

1
 

1
 

1
 

1
 

1
 

1
 

1
 

1