Daha 4 qanun layihəsi qəbul edildi
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən növbəti iclasda deputatlar qanun layihələrinə səs veriblər.
Demedia.az xəbər verir ki, parlamentarilər dörd qanun layihəsinə üçüncü oxunuşda münasibət bildiriblər.
Belə ki, deputatlar “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini və Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini əsas kimi qəbul ediblər.