Laçın yolu təhlükəsizliyə görə bağlandı - BQXK



 19:11 15.06.2023     319

"Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin hərəkəti təhlükəsizlik səbəbindən məhdudlaşdırılıb.

Demedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan ofisi məlumat yayıb.

"Təhlükəsizlik məsələsi çox vacibdir. Ümid edirik ki, bu məsələ yaxın zamanda öz həllini tapacaq", - açıqlamada deyilir.

Qeyd edək ki, "Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Ermənistan silahlı qüvvələrinin hərbçilərimizə qarşı təxribat törətməsi ilə əlaqədar olaraq hərəkətin müvəqqəti dayandırılmasına qərar verilib.

Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.