Hər məhsul verən “Cənnət alması” - VİDEO



 23:38 15.06.2023     517

İmişli rayonunun Şahverdili kənd sakini Nazim Həsənov uzun illərdir bağçılıqla məşğuldur.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, kənd sakinini bağında müxtəlif ağaclar olsa da kola bənzər ağac xüsusilə diqqəti çəkir.

El arasında “Cənnət alması” və ya “Yer Alması” adı ilə tanınan bu ağac həm dekorativ sayılır, həm də çox dadlı məhsulu olur. Digər almalardan fərqli olaraq yay fəslində yetişir. Ağacın hündürlüyü yerdən təxminən 50 santimetrə qədər uzanır. Lakin daha çox kolu xatırladaraq ətrafa yayılır. Məhsul zamanı isə budaqlar yerə yatır. Məhsuldarlığı da boldur. Demək olar ki, hər ağacdan 20-50 kiloqram məhsul yığmaq mümkündür. Nazim Həsənov ilk dəfə bu ağacı Naxçıvanda görüb. İsti iqlimdə yetişdiyi üçün çilingindən götürərək öz bağında əkib becərib. Artıq 10 ildən çoxdur bu ağacı təsərrüfatında bəsləyir. İndi bağında altıya yaxın ağacı var. Ağacın özünəməxsusluğu isə istiyə daha dözümlü olmasıdır. Aran bölgəsi də isti iqlimə malik olduğu üçün onun meyvələrinin yetişməsi daha tezləşir.