1 əsrlik ömür yolu - VİDEO
Azərbaycan tarixən uzunömürlülər ölkəsi olub.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, uzun ömürlü insanlara daha çox Azərbaycanın səfalı yerlərində, təmiz və sərin havası olan dağətəyi regionlarında rast gəlinir.
Lakin bununla belə iqlimi quraq və isti olan bölgələrdə də yaşı 1 əsrdən artıq olan insanlara rast gəlmək mümkündür. 101 yaşlı Nübar nənə də Azərbaycanın uzunömürlü vətandaşlarından biridir. 1922-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olan Nübar nənə hazırda 6 övladı, 12 nəvəsi və 18 nəticəsi var. Gənc yaşında həyat yoldaşını itirən Nübar nənə bütün ömrünü övladlarına həsr edib, onların xoşbəxtliyi üçün gecə-gündüz çalışıb. Onları böyüdüb boya-başa çatdırıb. Nübar nənə yalnız öz doğmaları arasında deyil, qonşuların içərisində də böyük hörmətə sahibi olub. Qonçuları onun haqqında ağız dolusu danışırlar. Nübar nənənin özü də ailəsinə övladlarına, nəvə-nəticələrinə çox bağlıdır. O uzun ömürlü olmağın sirrini də ailə xoşbəxtliyində, mehribançılıqda və qarşılıqlı hörmətdə görür. Artıq yaşlandığı üçün kiçik qızının himayəsində olan Nübar nənəni digər övladları, nəvələri və nəticələri də mütəmadi ziyarət edirlər. Onun əhvalından xəbər tuturlar.