Şəkidə evdə partlayış olub, ana və iki körpəsi ağır yanıq xəsarəti alıb
Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.
Hadisə rayonun Aşağı Göynük kəndində, yaşayış evlərindən birində baş verib.
Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan isə qeyd olunub ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.//Report.az