Bakıda sexdə yanğın: 2-i uşaq olmaqla 3 nəfər xəsarət aldı
Bakıda təmir sexində yanğın baş verib.
Demedia.az apa-ya istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus "Mercedes-Benz" markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib.
Nəticədə Kamal Vəliyev, onun övladı, 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıblar.
Faktla bağlı araşdırma aparılır.