Dərman vasitələrinin istifadəsi təlimatlarına tələblər dəyişdirilir



 12:23 20.06.2023     356

Azərbaycanda dərman vasitələrinin istifadəsi təlimatlarına tələblər dəyişdirilir.

Demedia.az-ın xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna yeni bənd əlavə edilir.

Dəyişikliklə dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi aptek təşkilatını Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.