"Özümü günahkar hesab edirəm" - Paşinyan



 16:21 27.06.2023     332

"Mən özümü hər şeydə günahkar hesab edirəm". 

Demedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsinin iclasında deyib. 

"Kağız-qələmi əlimə alanda özümü siyasi, mənəvi, psixoloji, insani müstəvidə tamamilə günahkar hesab edirəm, amma deyirəm: bu, sadəcə bəyannamədir. İttihamımı mətnlə formalaşdırmağa başlayanda hardasa çıxılmaz vəziyyətə düşürəm. Deyirlər: get bunu qəbul et, qəbul etmədinsə, günahkarsan", - deyə Paşinyan qeyd edib.