"Fransada AzTV-nin çəkiliş qrupuna hücumu pisləyirik"



 11:40 29.06.2023     355

"Mətbuat Şurası "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücumu kəskin şəkildə pisləyir".

Demedia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, jurnalistlərə qarşı təzyiq yolverilməzdir: "Biz baş verən hadisədən narahatıq. Mətbuat Şurası yaxın saatlarda bununla bağlı bəyanat yayacaq".

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.