Kreditlərin faizlərinin düşmə səbəbi açıqlandı - VİDEO



 17:35 01.07.2023     357

Manatla verilən kredit faizlərində enmələr müşahidə edilir.

Demedia.az Xəzər TV-yə istinadən bildirir ki,iqtisadçı ekspert Xalid Kərimli deyir ki 2022- ilin 3-cü rübünə qədər yeni verilən kreditlərin orta faiz dərəcəsi 17.55 səviyyəsinə qədər yüksəmişdi.

Onun sözlərinə görə, bu göstəricə son bir neçə ay ərazində aşağı düşüb.

Ekspert bildirib ki, faiz dərəcəsinin enməsini müxtəlif səbəblərlə əlaqələndirmək olar.

Xalid Kərimli deyir ki, əhali tərəfindən milli valyutaya etibarın artması bankların nisbətən daha ucuz manat resurslarına çıxışını təmin edir. Son vaxtlar Bank sektorunda rəqabətin güclənməsi də, faiz dərəcələrinə təsirsiz ötüşmür.

O, əlavə edib ki kredit fazilərdində enmələrin davamalı olması iqtisadi proseslərdən asılı olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.