Güclü sel daha iki rayonu da su altında qoydu



 19:40 01.07.2023     155

İntensiv davam edən güclü yanğıntılar Xaçınçaya da sel gətirib.

Demedia.az xəbər verir ki, çayın səviyyəsinin sürətlə artması müşahidə olunur.

Gələn sel Ağdamın işğaldan azad edilmiş Qızıllı Kəngərli kəndi ərazisində, o cümlədən çay yatağı boyunca ağacları su altında qoyub, bəzi infrastruktura ziyan vurub.

Sel axını işğaldan azad edilmiş əraziləri keçərək Ağdam və Tərtər rayonlarına doğru irəliləyir.

Mütəxəssislər sel sularının partlamamış döyüş sursatları və minalar gətirmə ehtimalının olmasını bildirir.

Hələlik ciddi fəsadlar qeydə alınmayıb.