Paytaxtda 60 yaşlı kişi özünü qatarın altına atdı



 10:29 06.07.2023     397

Bakının Sabunçu rayonunda 60 yaşlı piyada özünü qatarın altına ataraq ağır xəsarət alıb.

Demedia.az-ın məlumatına görə, 1963-cü il təvəllüdlü Məlikov Malik Qüdrət oğlu özünü hərəkətdə olan qatarın altına atıb. Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qolun natamam amputasiyası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//Report.az