“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək
SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
Demedia.az xəbər verir ki, aksiya 7 iyul saat 11:00-da başlayacaq və feysbuk üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.