Azərbaycandan BƏƏ-yə vizasız gediş-gəliş rejimi tətbiq olunur
Bu gündən Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) vizasız gediş-gəliş rejimi tətbiq olunur.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Belə ki, iki ölkə ərazisində vizasız yaşamaq üçün 90 gün vaxt verilir.