Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb olub.
Bu barədə Demedia.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hadisə metronun “20 Yanvar” stansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, “Toyota Pirus” markalı avtomobil yolun hərəkət hissəsində geriyə hərəkət edən zaman orada dayanmış qadını vurub. Nəticədə qadın xəsarət alıb.
“Report” NİİM-in müşahidə kamerası vasitəsilə qeydə alınan görüntünü təqdim edir: