Lənkəranda sahibkarlarla görüş keçiriləcək



 14:59 10.07.2023     344

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.

Demedia.az xəbər verir ki, aksiya Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” iyulun 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.