Bəzi rayonlarda güclü külək əsib - FAKTİKİ HAVA
Daşkəsən və Göygöl rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Demedia.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 10-u saat 17.00-a olan məlumatına əsasən saat 16.33-16.34 radələrində Daşkəsən rayonuna diamerti 12 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Goranboyda 22 m/s, Şirvan, Göyçayda 20 m/s, Tərtərdə 18 m/s, İsmayıllı, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23-27 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 m-ə çatıb.