Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanıldı
Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Demedia.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektən 2 580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.