Parlament bu qanunu təsdiqlədi
Azərbaycan Slovakiyada (Bratislava şəhərində) səfirlik təsis edir.
Demedia.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, son illər Azərbaycanın xarici əlaqələri, o cümlədən Avropa ölkələri ilə münasibətləri günü-gündən artır.
O qeyd edib ki, iki ölkə arasındakı əlaqələr son zamanlar xüsusilə inkişaf edən xətlə yüksəlir:
“Münasibətlər getdikcə inkişaf edir və Azərbaycan həqiqətlərini mərkəzi avropada yerləşən, eləcə də siyasi nöqteyi-nəzərdən vabic əhəmiyyəti olan Slovakiyada səfirliyin açılması vacib əhəmiyyət kəsb edir. Həmin ölkənin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Odur ki, bu layihənin qəbulu təqdirəlayiqdir”.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.