Lotu Qulinin adamı ABŞ-a ekstradisiya ediləcək



 10:30 18.07.2023     350

Adam oğurluğu və qətldə ittiham olunan Polad Ömərov bir neçə günə Çexiyadan ABŞ-a ekstradisiya ediləcək. 

Demedia.az xəbər verir ki, bu barədə Çexiyanın ədliyyə naziri Pavel Blazek əmr imzalayıb.

Qeyd olunub ki, cari ilin yanvar ayından etibarən tutulan Ömərovun İran hakimiyyəti ilə əlaqəli olduğu üzə çıxıb. O, ABŞ-də yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham olunub.

Qeyd edək ki, sözügedən şəxs mərhum "Qanuni oğru" Lotu Qulinin (Nadir Səlifov) klanına daxil idi. O, kriminal aləmdə Nadir Səlifovun qardaşı Namiq Səlifovun sağ əli kimi də tanınırdı.