Təhsil krediti götürmək istəyən tələbələrin NƏZƏRİNƏ



 18:40 18.07.2023     344

İyulun 20-si saat 12:00-dan etibarən 2023-2024-cü ilin payız semestri üzrə təhsil tələbə krediti müraciətlərinə başlanılır.

Demedia.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib. Bildirilib ki, ikinci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə biləcəklər.

Magistratura səviyyəsi üzrə isə yeni qəbul olmuş tələbələr üçün qeydiyyat yaxın günlərdə başlayacaq və həmin tələbələrin təhsil tələbə krediti üçün müraciət etmə imkanı olacaq.

Bakalavr və subbakalavr təhsil səviyyəsi üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq təhsil tələbə krediti müraciətlərini göndərə biləcəklər.