Ceyhun Bayramov Milli Mətbuat Günü ilə bağlı paylaşım etdi



 10:59 22.07.2023     313

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Mətbuat Günü ilə əlaqədar paylaşım edib.

Demedia.az xəbər verir ki, Azərbaycan diplomatiyasının rəhbəri tviterdə yazıb:

"22 iyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. Bu əlamətdar gün münasibətilə daim əzmkarlıqla çalışan vətənpərvər jurnalistlərimizi səmimi qəlbdən təbrik edir, onlara şərəfli və olduqca vacib işlərində daim uğurlar arzulayıram".