Plastikləri məhv edə bilən orqanizmlər tapıldı



 21:29 27.07.2023     339

Yıxılmış ağacları məhv edən göbələklər plastik tullantılarla mübarizə üçün istifadə edilə bilər.

Demedia.az xəbər verir ki, Şri-Lankanın Kelaniya Universitetinin alimləri bu qənaətə gəliblər.

Alimlərin fikrincə, ağ çürük göbələyi ağaca sərtlik verən son dərəcə davamlı üzvi polimer olan liqnini parçalamaq üçün fermentlərə malikdir.

Tədqiqat üçün alimlər çürüyən ağaclardan 50 göbələk nümunəsini götürüblər. Daha sonra onlar göbələkləri iki təcrübə qrupuna ayırıblar: Birincilər aşağı sıxlıqlı polietilenlərə, digərləri isə plastiklə qarışdırılmış ağaclara əkilib. 45 gündən sonra məlum olub ki, hər iki qrupda olan göbələklər polietilenləri məhv edib.