Suşidən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Tambovda dördü uşaq olmaqla azı 17 nəfər suşi-barda yeməkdən zəhərlənib.
Demedia.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Zəhərlənmənin miqyası hələ tam aydın deyil", - agentliyin mənbəsi bildirib.
Mənbənin sözlərinə görə, uşaqlar rayon xəstəxanasına yerləşdirilib, onlara lazımi köməklik göstərilib.
Zəhərlənənlərin ağır nəticələri barədə məlumat yoxdur.