Ölən nazirin yerinə o gətirildi
Belarus Prezidenti Aleksandr Lukaşenko Aleksey Lyaxnoviçi nəqliyyat və kommunikasiya naziri təyin edib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bu təyinatadək A. Lyaxnoviç nazirin birinci müavini vəzifəsini tuturdu.
Bundan başqa, Gennadi Trubilo mənzil və kommunal xidmətlər naziri, İqor Brılov isə Prezidentin köməkçisi – Vitebsk vilayəti üzrə inspektor təyin ediliblər.
Xatırladaq ki, iyulun 5-də nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko 46 yaşında qəfil dünyasını dəyişib. Avramenko bu vəzifədə 2019-cu ilin yanvarın 15-dən çalışırdı.