Bələdiyyə sədri cərimə olundu



 10:15 01.08.2023     344

İsmayıllıda bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demedia.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Soltankənd kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.