Dərmanları bu yerdə saxlamaq olmaz VİDEO



 13:58 03.08.2023     331

Hər birimizin evində dərman ehtiyatları olan ilk yardım çantası və ya dərmanların saxlanıldığı kiçik dolab olur.

Demedia.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzinin məlumatına qeyd olunub.

Bildirilib ki, çox zaman insanlar dərmanların harada saxlanılması məsələsinə lazımi diqqət yetirmir, yanlış olaraq dərmanları mətbəxdə və hamam otağında saxlayırlar.

"Amma, dərmanları düzgün yerdə saxlamaq, temperatur, rütubət, günəş şüaları kimi faktorları nəzərə almaq lazımdır ki, onların effektivliyi itməsin və sağlalığımıza zərər verməsin", - deyə məlumatda vurğulanıb.