Müharibə iştirakçısı Rusiyada faciəvi şəkildə öldü
İkinci Qarabağ müharibəsinin iştirakçısı Elgün Xəyal oğlu Xəlilov göldə boğulub.
Demedia.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Moskva şəhərində baş verib.
Elgün Xəlilov şəhərin Kuzminka rayonunda yerləşən göldə boğularaq dünyasını dəyişib.
22 yaşlı Elgün Lənkəran rayonunun Xolmili kəndindədir. O, Füzulinin və Xocavəndin işğaldan azad olunmasına görə təltif edilib.