“Okamponun hesabatında əsassız ittihamlar var” - Hikmət Hacıyev
“Vəkil Luis Moreno Okamponun hesabatında əsassız iddialar var”.
Demedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Associated Press" agentliyinə müsahibəsində deyib.
“Bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir və özündə ciddi faktiki, hüquqi səhvləri ehtiva edir”, - o vurğulayıb.