Nazirlər Kabineti notariat hərəkətləri ilə bağlı qərarlar verib
Nazirlər Kabineti “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” 23 avqust 2000-ci il tarixli qərarında dəyişiklik edib.
Demedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları”na 1-1 nömrəli forma əlavə edilib.