Xüsusi təyinatlı ali məktəblərə qəbul balı açıqlanıb



 13:30 11.08.2023     320

Xüsusi təyinatlı ali məktəblərə qəbul balı açıqlanıb.

Demedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Biz xüsusi təyinatlı ali məktəblərin qəbul planını elan etmirik. Yalnız onu deyə bilərəm ki, artıq bu siyahıların hamısı müvafiq ali məktəb və akademiyalara göndərilib. Polis Akademiyasında minimal keçid balı 439,3, maksimal bal isə 643 bal olub. Orada plan kifayət qədər böyükdür. Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə plan yerləri təqdim olunub. Ora keçid balı 541 təsdiqlənib. Daxili Qoşunların Ali Hərbi Məktəbinə da ilkin siyahılar göndərilib. Polis Akademiyasına qəbul olmaq üçün mandat komissiyasından keçən və 439 baldan aşağı nəticə göstərənlər də Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil almaq istəsələr ora ərizə ilə müraciət edə bilərlər", - DİM sədri vurğulayıb.